İran agentinin buynuzu olur? – Müəllimin Xameneyi sevgisi

saytların hazırlanması

Evə çatdırılma

İran agentinin buynuzu olur? – Müəllimin Xameneyi sevgisi

Sosial

30 İyun 2022 11:16 8106


Təhsil eksperti Kamran Əsədov Yevlax şəhər 1 nömrəli tam orta məktəbində şaghirdlərə dini mahnı oxudan müəllimə haqda paylaşım edib.

“Yeni Sabah” bildirir ki, həmin müəllim Nailə Babayevadır. K. Əsədovun paylaşdığı foto müəllimin sosial şəbəkə profilinin ana səhifəsidir. Görüntüdən N. Babayevanın Seyid Əli Xameneyi aşiqi olduğu aşkar görünür.

Hətta Azərbaycan vətəndaşı olan qadın müəllimə daha da irəli gedərək paylaşım edib: “Kimin üçün namus vacidirsə, onlar üçün İran da vacib olmalıdır”. Bu, nə deməkdir?  Toyuqlu pizza

Kamran Əsədov isə paylaşımına əlavə edib: 

“Qaydalarda yazılır ki, müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. 

Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!