İran Milli Qaz Şirkəti (NIGC) Azərbaycan və Türkmənistan qaz mübadiləsini davam etdirmək üçün danışıqlar aparır.
Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, Türkmənistandan İran vasitəsilə Azərbaycana qaz nəqli müvəqqəti olaraq dayandırılıb.
Bakı və Aşqabadla arasında razılıq əldə edildikdən sonra mübadilə tədarükü bərpa olunacaq.
2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə əsasən, İran Türkmənistandan aldığı qazı Azərbaycana 2022-ci ilin yanvarında nəql etməyə başlayıb. Müqavilə İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək türkmən qazının nəqlini nəzərdə tuturdu.
2022-ci il iyunun əvvəlində Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ouci arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə qaz nəqli iki dəfə artırılacaq.
Telegram kanalımız