İran dronlarını Ukraynaya daşıyan 2 zabit öldürüldü: Biri polkovnikdir

saytların hazırlanması

Evə çatdırılma

İran dronlarını Ukraynaya daşıyan 2 zabit öldürüldü: Biri polkovnikdir

Dünya

26 Oktyabr 2022 09:42 1485


Xəbər verildiyi kimi, İranda İslam İnqilabı Keşikçiləri Korpusunun("SEPAH") iki üzvü öldürülüb. Bəzi KİV iddia edir, hər iki zabit İrana məxsus kamikadze dronların Ukraynanı işğal edən Rusiyaya çatdırılmasına cavabdeh olub.

Yenisabah.az xəbər verir ki, bu haqda Ukraynanın "24 kanal" saytı məlumat yayıb.

İranlıların Zahedan şəhərində avtomobildə güllələndiyi iddia edilir. Media naməlum şəxslərin atəş açdığını yazır. Sezar pizza

Qətlə yetirilənlər "SEPAH" komandirlərindən bir-  polkovnik Mehdi Mollaşaxi və SEPAH"-ın "Bəsic" bölməsinin komandirlərindən biri - Cavad Keyca olub.

KİV-in yazdığına görə,  zabitlərin hər ikisi Putinin ukraynalıları qorxutmağa çalışdığı İran pilotsuz təyyarələrinin Rusiyaya çatdırılmasında iştirak edir.

Atışma Zahedanda şiddətli etirazlar və xüsusilə, "SEPAH" üzvləri və İranın digər təhlükəsizlik qüvvələri arasındakı gərginlik  fonunda baş verib. Şəhər 22 yaşlı Məhsa Amini adlı qadının həbsdə öldürülməsi ilə başlayan ümummilli hökumət əleyhinə etirazlara qoşulub./Moderator.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!