İran həbsxanalarında nə qədər Azərbaycan vətəndaşı var?

saytların hazırlanması

Evə çatdırılma

İran həbsxanalarında nə qədər Azərbaycan vətəndaşı var?

Dünya

21 Fevral 2023 13:53 673


"Bu ilin əvvəlindən (mart 2022-ci il) indiyədək 86 iranlı məhbus geri qaytarılıb".

Yenisabah.az xəbər verir ki, bunu İslam Respublikasının ədliyyə naziri Əsgər Cəlalian deyib.

Onun sözlərinə görə, ilin sonuna qədər 100-dən çox digər məhbus da təxliyə ediləcək. Dominos pizza

Ə. Cəlalian əlavə edib: "İndi slam Respublikasının təxminən 22 ölkə ilə məhkumların təhvil verilməsinə dair sazişlər var. O cümlədən Azərbaycan Respublikası, Suriya, Küveyt, Ukrayna, Türkiyə, Hindistan, Qətər, İraq, Tailand, Əfqanıstan, Tacikistan, Qazaxıstan, Çin, Ermənistan, Şri-Lanka, Pakistan, Belçika və Rusiya ilə məhkumların təxliyəsi barədə əməkdaşlıq mövcuddur".

Nazir bildirib ki, hazırda 4 min iranlı məhbusdan 2 800-ü Türkiyə həbsxanalarında cəza çəkir. "Türkiyə, Ermənistan, Şri-Lanka və Hindistanda olan iranlı məhbusların köçürülməsi gündəmdədir".

Ə. Cəlalian qeyd edib ki, ilin sonuna qədər yüzlərlə iranlı və əcnəbi məhbus müvafiq ölkələrə köçürüləcək: "İran həbsxanalarında 7 000-ə yaxın əcnəbi var ki, onlardan 6620-si Əfqanıstan vətəndaşıdır. İkinci yeri Pakistan, İraq, Türkiyə, Hindistan, Azərbaycan Respublikası vətəndaşları tutur. 

Məhkumların təhvil verilməsi ilə bağlı ikitərəfli müqavilələrin müddəalarına əsasən, dustağın razılığı onların ölkəyə köçürülməsi prosesinin əsas şərtidir. Məhbus öz ölkəsinə köçürülmək arzusunu yazılı şəkildə bildirməyənə qədər heç bir köçürmə həyata keçirilmir.

Həbsxanalarda bütün iranlı və əcnəbi məhbuslar üçün bərabər şərait qurulub. O cümlədən amnistiya və cəzanın yüngülləşdirilməsi, dövri məzuniyyətlərdən istifadə, pulsuz sağlamlıq və qidalanma, peşə hazırlığı seminarlarında iştirak və s. qaydalar qüvvədədir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!