İran İraqla sərhəddə ballistik raketləri yerləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

İran İraqla sərhəddə ballistik raketləri yerləşdirdi

Dünya

02 İyul 2023 22:22 1042


İran komandanlığı ballistik raketləri İranın qərbində, İraqla həmsərhəd Kirmanşah əyalətində yerləşdirib.

Yenisabah.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" İsrailin şimal sərhədlərinə təhlükələri təhlil edən Alma Araşdırma və Təhsil Mərkəzinə (Alma Research and Education Center - Qeyd) istinadən xəbər verir.

Peyk görüntülərinə görə, bölgədə ən azı 140 raket anbarı olan üç yeraltı obyekt var. Xüsusilə, İran hərbçiləri burada İraqdan 150 km aralıda “Qiam-1” qısa mənzilli ballistik raketlərini quraşdırıblar. Toyuqlu pizza

Bundan əlavə, hava hücumundan müdafiə sistemləri dərələrdən birində yerləşdirilib. Yeraltı tikililər də “Fateh-110” raketlərini saxlamaq üçün istifadə edilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!