İran koronavirusa dair məlumatları ÜST-dən gizlədib

saytların hazırlanması

Evə çatdırılma

İran koronavirusa dair məlumatları ÜST-dən gizlədib

Rəsmi

12 Avqust 2021 01:47 1398


İranın koronavirusla mübarizə qurumunun rəhbəri Əli Rza Zali bir sıra maraqlı açıqlamalarla gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə “İxlas” İran dövlət televiziyasına istinadən məlumat yayıb.

Qurum başçısı bildirib ki, pandemiyanın əvvəlindən bəri İran heç bir beynəlxalq yardımı qəbul etməyib. pizza hut

“ÜST-ün ekspertləri İrana gəldikdə onlardan yararlanmaq əvəzinə, səhiyyə sistemini tərifləmələrini istədik. Ölkədə koronavirusa dair vəziyyətlə bağlı məlumatları təşkilatdan gizlətdik. Beynəlxalq yardımıları hava limanından geri göndərdik. Virusa qarşı yetərincə biliyə sahib olmamağımıza baxmayaraq, beynəlxalq ekspertlərdən məsləhət almadıq. Çin dostumuz olsa da, bizə kifayət qədər vaksin göndərmədi”, - deyə Zali bəyan edib.

O, bundan sonra ölkədə daha ağır günlərin yaşanacağını bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!