İran lideri: “Azadlıq bayrağı təbrizlilərin əlindədir“

saytların hazırlanması

Evə çatdırılma

İran lideri: “Azadlıq bayrağı təbrizlilərin əlindədir“

Dünya

15 Fevral 2023 14:16 908


"İranın azadlıq bayrağı Təbrizililərin əlindədir".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Xamnəi deyib.

O, bu gün Şərqi Azərbaycan vilayətinin fəalları ilə görüşüb. Bu görüşdə İslam İnqilabının 44-cü yubileyi, ötən ilin sentyabrında başlayan kütləvi etirazlara toxunan İran lideri çıxşıında bildirib: pizza mizza

"1978-ci ilin hadisələri zamanı Tehranda, Qumda və bəzi başqa şəhərlərdə baş verən o böyük hərəkatla xalq ayağa qalxdı, qanı axıtdı, amma etirazçıların sayı günbəgün çoxaldı.

Təbrizlilər Qum qiyamını milli üsyana çevirdilər, aksiyanın sərtliyi və intensivliyi Təbrizdə daha çox oldu, onu ictimai bir hadisəyə çevirdilər.

Hakimiyyət o qədər bərbad idi ki, küçəyə tanklar çıxartdı, adam öldürdü. Lakin təbrizlilər geri çəkilmədilər. Üsyan milliləşdirdilər, onların səsi bütün ölkəni bürüdü. Təbrizlilərin fəryadı bütün İrana yayıldı. Bir il keçməmiş monarxiya alt-üst oldu.

Təbriz müqavimət və cəsarətlə duruş gətirib keçmiş təcrübələrin təkrarlanmasına imkan vermədi. İranın azadlıq bayrağı Təbrizililərin əlindədir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!