Milli Məclisin plenar iclasında çıxış edən deputat Fəzail Ağamalı “Bir millət, iki dövlət”in əməkdaşlığının perspektivlərindən bəhs edib.
Qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsində qardaş Türkiyənin çox mühüm rolu olub.
F.Ağamalının sözlərinə görə, Türkiyə Prezidenti R.T.Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin 44 gün ərzində Azərbaycanla bir yerdə olması qələbəmizdə müstəsna rol oynayıb. “Uzun illər ərzində ermənilərin yanında olan və işğalçı ölkəyə yardım edən ölkələr qələbəmizi həzm edə bilmir”,- deyə deputat bildirib. pizza sifarişi
F.Ağamalı deyib ki, xüsusilə İran beynəlxalq hüquq qaydalarını pozaraq, erməni tör-töküntülərə yardımlar etdiyini, bunu riyakarlıqla ört-basdır etməyə çalışır, hətta bizə hədə-qorxu gəlməkdən çəkinmir.
Deputat Azərbaycan dövlətinin heç zaman öz ərazisindən İrana qarşı istifadəyə imkan vermədiyini xatırladıb. “İran nankorluğunu ortalığa qoymaqdadır. Onun fəaliyyəti islamı dəyərlərə sığmır, əməlləri hər birimizi narahat edir. İran bu əməllərindən əl çəkməlidir, mehriban qonşuluq münasibətlərinə üstünlük verib, Azərbaycanla münasibətlərində korrektlər etməlidir”, -deyən F.Ağamalı əlavə edib ki, əks təqdirdə Azərbaycanın çəkinəcəyi heç nə yoxdur və lazımi cavab vermək əzmindədir. /Musavat.com
Telegram kanalımız