İran Prezidentinin çıxışı zamanı İsrail nümayəndəsi zalı tərk etdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İran Prezidentinin çıxışı zamanı İsrail nümayəndəsi zalı tərk etdi - VİDEO

Dünya

22 Sentyabr 2022 09:11 989


İran prezidenti İbrahim Rəisi sentyabrın 21-də Nyu-Yorkda BMT Baş Assambleyasının tribunasında çıxış edib.

KONKRET.az xəbər verir ki, o, ölkəsinin “nüvə sazişini” canlandırmaqda maraqlı olduğunu, lakin artıq Amerikaya inanmadığını söyləyib.

İran prezidenti eyni zamanda, ölkəsinin nüvə proqramını yaxından izləyən beynəlxalq ictimaiyyətin birtərəfli yanaşmasını kəskin tənqid edib. Pepperoni pizza

İsrail mediası diqqəti İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanın Rəisinin çıxışından əvvəl zalı tərk etməsinə çəkir. O, yerinə “İsrail” yazısının yanında Holokostdan sağ çıxan baba və nənələrin fotosunu qoyub.

Bu addım, İran prezidentinin CBS News-a son müsahibəsində Holokostla bağlı suala verdiyi cavaba etiraz əlaməti olaraq atılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!