İran parlamenti ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlət statusu almaq üçün öhdəlik memorandumu haqqında qanun layihəsini təsdiqləyib.
Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, layihənin qəbul edilməsinə 161 deputat səs verib, 3 deputat bitərəf qalıb, 2 deputat isə əleyhinə səs verib.
Beləliklə, İran ŞƏT-ə üzvlüyün qeydiyyatı üçün lazım olan bütün hüquqi rəsmiləşdirmələri başa çatdırıb. Pepperoni pizza
2005-ci ildə İran ŞƏT-də müşahidəçi dövlət olub. Ölkənin bu regional təşkilata daxil olması prosesi 2021-ci ildə başlayıb.
2022-ci il sentyabrın 15-də Səmərqənddə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və təşkilatın baş katibi Canq Minq ŞƏT-ə üzv dövlət statusu almaq üçün ölkə qarşısında öhdəlik memorandumu imzalayıblar. 2022-ci il noyabrın 27-də Məclis İranın ŞƏT-ə daxil olması ilə bağlı qanun layihəsini qəbul edib.
Telegram kanalımız