İran və Ermənistan sərhəddə “yaşıl” gömrük dəhlizi yaradır

saytların hazırlanması

Evə çatdırılma

İran və Ermənistan sərhəddə “yaşıl” gömrük dəhlizi yaradır

Dünya

13 Sentyabr 2026 16:51 89


İran və Ermənistan sərhəddə yük daşımalarının sürətləndirilməsi məqsədilə sadələşdirilmiş "yaşıl" gömrük dəhlizinin yaradılması barədə razılığa gəliblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Mexanizmin İranın Nurduz və Ermənistanın Aqarak gömrük məntəqələri arasında tətbiqi nəzərdə tutulur. Dördpendirli pizza

Razılaşma İranın Culfa şəhərində İran Gömrük İdarəsinin rəisi Forud Əsgəri ilə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akobyan arasında keçirilən görüşdə əldə olunub. Tərəflər bununla bağlı sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasını nəzərdə tutan protokol imzalayıblar.

Yeni mexanizm çərçivəsində yük məlumatlarının sərhədə çatmazdan əvvəl elektron şəkildə mübadiləsi planlaşdırılır. Bu, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə, kağız sənədlərdən rəqəmsal sənədlərə keçidə və yük maşınlarının sərhəddə gözləmə müddətinin azaldılmasına imkan verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!