İran xalqı “Xameneiyə ölüm” şüarı ilə yenidən küçələrə axışdı 

İran xalqı “Xameneiyə ölüm” şüarı ilə yenidən küçələrə axışdı 

Dünya Veb saytların hazırlanması

27 Sentyabr 2022 14:23 982


İranın Mərivan şəhərinin əhalisi ümummilli etirazların 11-ci günündə küçələrə çıxaraq “Xameneiyə ölüm!” şüarı səsləndiriblər.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, etirazçılar hökumət rəhbərliyinin repressiv siyasətinə qarşı, eləcə də “diktatora ölüm, “bacımı kim öldürübsə, mən onu öldürəcəyəm” deyə etiraz səslərini ucaldıblar.

Camaatın qəzəbinə tuş gəlməkdən qorxuya düşən polis və xüsusi təyinatlı qüvvələr onlara yaxınlaşmağa cürət etmirlər. Hökumət qüvvələri etirazları yatırtmaq üçün interneti kəsib, lakin insanlar bu məhdudiyyətlərə baxmayaraq, etirazlarını davam etdiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!