İran XİN: Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması ərəfəsindəyik

saytların hazırlanması

Evə çatdırılma

İran XİN: Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması ərəfəsindəyik

Dünya

12 İyun 2023 12:35 722


"İran və Azərbaycan Respublikası arasında nümayəndə heyətləri mübadiləsi aparılacaq".

Yenisabah.az "Akharinkhabar"a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani deyib. 

O xatırladıb ki, indiyədək İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri arasında telefon danışıqlarının dörd raundu keçirilib. Marqarita pizza

N. Kənani bildirib: "Danışıqların son raundunda gərginliyin aradan qaldırılması üçün nümayəndə heyətlərinin mübadiləsi də daxil olmaqla, bəzi texniki addımlar təklif edilib. İki ölkə arasında ümumi razılıq və anlaşma əldə olunub. Tərəflər müəyyən edilmiş addımları tamamlamamalıdır. Nümayəndə heyətlərinin məqsədi budur.

Gördüyümüz diplomatik tədbirlər nəticəsində gərginliyin aradan qaldırılması ilə bağlı müsbət nəticə əldə etdiyimizə inanırıq. Münasibətlərin iki ölkənin maraqları əsasında qurulması, indiki mərhələni adlama və anlaşılmazlıqların aradan qaldırılması üçün hər cür səy göstərəcəyik.

İndiyədək yaxşı addımlar atmışıq və Azərbaycan hökumətinin də alternativ addımları ilə nəticə əldə edəcəyimizə ümid edirik. Bizim Azərbaycanla bağlı siyasətimiz gərginlik yaratmaq deyil, əksinə, gərginliyi azaltmaq və konstruktiv əməkdaşlığa əsaslanan münasibətlər prosesini bərpa etməkdir".

XİN sözçüsü qeyd edib: "Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması ərəfəsindəyik"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!