İran XİN: Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur

saytların hazırlanması

Evə çatdırılma

İran XİN: Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur

Siyasət

12 May 2026 23:10 90


Həqiqi sülh təhqir, hədə-qorxu və qəsb üzərində qurulmur.

"Yeni Sabah" xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkə hesabında yazıb.

"Müharibə, blokada, sanksiyalar və güc təhdidlərində birbaşa iştirak edən tərəf İranın cavabını rədd edir", - o bildirib və əlavə edib ki, əsas problem sülh yox, təhdid və təzyiq vasitəsilə siyasi iradənin qəbul etdirilməsidir. pizza

"İran aydın prinsipləri vurğulayır: müharibənin daimi dayandırılması və onun təkrarının qarşısının alınması, dəymiş zərərin kompensasiyası, blokadanın aradan qaldırılması, qanunsuz sanksiyaların ləğvi və İranın hüquqlarına hörmət. Bunlar maksimalist tələblər deyil. Bu, qeyri-qanuni güc tətbiqi ilə başlamış böhrana son qoymaq üçün hər hansı ciddi, davamlı və BMT Nizamnaməsinə uyğun sazişin minimumudur", - o qeyd edib.

İran xarici işlər nazirinin müavini əlavə edib ki, atəşkəsdən danışıb blokadanı davam etdirmək olmaz.

"Bu, diplomatik ritorika pərdəsi altında məcburetmə siyasətinin davamıdır", - Qəribabadi vurğulayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!