İrana 3 günlük GÜCLÜ ZƏRBƏ planı? – Trampın açıqlamasından sonra   DİQQƏTÇƏKƏN İDDİA

saytların hazırlanması

Evə çatdırılma

İrana 3 günlük GÜCLÜ ZƏRBƏ planı? – Trampın açıqlamasından sonra DİQQƏTÇƏKƏN İDDİA

Dünya

10 Oktyabr 2026 01:13 109


ABŞ Prezidenti Donald Trampın noyabrın 3-də keçiriləcək aralıq seçkilərə qədər İrana qarşı hər hansı hücumun həyata keçirilməyəcəyini açıqlamasına baxmayaraq, ABŞ ordusunun İrana zərbə endirmək variantlarını nəzərdən keçirdiyi iddia edilir.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Trampın açıqlamalarının əksinə olaraq, ABŞ və İsrail mediasında bu barədə xəbərlər dərc olunub.

“The New York Times” qəzetinin adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadən yaydığı xəbərdə bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç aviadaşıyıcı gəmi Yaxın Şərqə çatmaq üzrədir. Toyuqlu pizza

Məlumata görə, Trampın göstərişi əsasında ABŞ ordusu İranın pilotsuz uçuş aparatları və raket arsenalına, enerji obyektlərinə, eləcə də digər hərbi hədəflərinə zərbələr endirmək üçün planlar hazırlayır.

Təxminən üç gün davam edəcəyi iddia olunan hücumlar zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun komanda mərkəzləri və qərargahlarının da hədəfə alına biləcəyi irəli sürülür.

“Tramp İsraildəki seçkilərdən əvvəl hücum planlaşdırır”

İsrailin “Kanal 12” televiziya kanalının yaydığı xəbərə görə, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir ABŞ rəsmiləri ilə görüşləri zamanı İrana mümkün hücumun İsraildə seçkilərin təxirə salınmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Görüşlərin üzbəüz, yoxsa telefon vasitəsilə keçirildiyi açıqlanmayıb.

Bildirilir ki, ABŞ rəsmiləri Zamirə ABŞ ordusunun qarşıdakı üç həftə ərzində İrana qarşı hücumları yenidən başlatmaq üçün hazırlıq gördüyünü bildiriblər.

Zamir isə İranın ABŞ-nin istənilən hücumuna İsrailə raket zərbələri endirməklə cavab verə biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, belə bir vəziyyət İsraildə keçiriləcək seçkilərin təxirə salınmasına gətirib çıxara bilər.

Xəbərdə qeyd olunur ki, İsrail ordusu Zamir ilə ABŞ rəsmiləri arasında baş tutduğu bildirilən görüşlərlə bağlı şərh verməkdən imtina edib.

Həmçinin ABŞ Müdafiə Nazirliyinin bir neçə gün əvvəl ABŞ Mərkəzi Komandanlığına İrana qarşı hücumların yenidən başlanması üçün hazırlıqları tamamlamaq barədə göstəriş verdiyi bildirilir. Lakin hücumun başlanacağı konkret tarix açıqlanmayıb.

“Hücum təklifi Trampdan gəlib”

Məlumata görə, Tramp İsraildə keçiriləcək seçkilərdən əvvəl İrana qarşı hücumları yenidən başlatmağı nəzərdən keçirir, lakin hələlik yekun qərar verməyib. Qərarın qarşıdakı 7–10 gün ərzində qəbul oluna biləcəyi iddia edilir.

ABŞ-nin planının İsraillə koordinasiya və əməkdaşlıq şəraitində genişmiqyaslı hücumu nəzərdə tutduğu bildirilir.

İddialara əsasən, hücum çox güclü, lakin nisbətən qısamüddətli olacaq. Zərbələrin İranın enerji və infrastruktur obyektlərinə, eləcə də nüvə obyektləri ilə əlaqəli hədəflərə yönələcəyi qeyd olunur.

Məlumatda vurğulanır ki, ötən ilin fevral ayında hücum təklifini İsrail irəli sürüb və ABŞ bu təklifi təsdiqləyib. İndi isə hücum təklifinin Trampın özündən gəldiyi iddia olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!