İranda ard-arda iki zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

İranda ard-arda iki zəlzələ oldu

Rəsmi

17 Oktyabr 2023 10:17 520


Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Hörmüzqan vilayətində 10 dəqiqə ara ilə iki ardıcıl güclü zəlzələ baş verib. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoqrafiya Mərkəzi məlumat yayıb. 

Məlumata görə, yerli vaxtla 08:29-da 19 km dərinlikdə 5,3 bal gücündə zəlzələ qeydə alınıb və yeraltı təkanlar 10 saniyə davam edib. 

Növbəti zəlzələ isə 08:39-da 10 km dərinlikdə 5,6 bal gücündə qeydə alınıb. 

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!