İranda demoqrafik böhran yaşanır

saytların hazırlanması

Evə çatdırılma

İranda demoqrafik böhran yaşanır

Dünya

02 Avqust 2026 17:38 84


İranın Vətəndaş Qeydiyyatı Təşkilatının rəsmi statistikası ölkədə doğum səviyyəsinin rekord həddə azaldığını göstərir.

"Yeni Sabah" xəbər verir ki, rəsmi məlumatlara əsasən, 2026-cı ildə İranda cəmi 892 min 280 uşaq dünyaya gəlib. Bu göstərici 1960-cı ildən bəri, yəni son 66 ilin ən aşağı doğum səviyyəsi hesab olunur.

Bununla yanaşı, 2026-cı il ardıcıl ikinci il olub ki, ölkədə illik doğulan uşaqların sayı 1 milyondan az qeydə alınıb. Halbuki 1960-cı illərdə İranda illik doğum sayı 2 milyonu keçirdi. Pepperoni pizza

Statistikaya görə, hər min nəfərə düşən doğum sayını ifadə edən ümumi doğum əmsalı da ötən il 10-a enərək son təxminən 70 ilin ən aşağı səviyyəsinə düşüb.

Təşkilatın açıqladığı digər rəqəmlərə əsasən, 2026-cı ildə İranda 451 min 798 ölüm faktı qeydə alınıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!