İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi

Dünya

25 May 2026 23:01 142


İran Prezidenti Məsud Pezeşkian ölkədə internetin beynəlxalq şəbəkəyə çıxışının bərpası ilə bağlı qərarı təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, Pezeşkian prezidentin birinci müavini Məhəmməd Rza Arifin rəhbərliyi ilə toplanan "Virtual Məkanın Tənzimlənməsi Şurası" tərəfindən qəbul edilən və "Beynəlxalq internet bağlantısının təmin olunmasını" nəzərdə tutan qərarı təsdiqləyib.

Qərar icrası üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndərilib. Pepperoni pizza

ABŞ və İsrailin hücumlarının başladığı 28 fevral tarixindən etibarən İranda beynəlxalq internetə çıxış tamamilə bloklanmışdı.

İnternet məhdudiyyətlərinin tətbiq olunduğu ölkədə hökumət beynəlxalq şəbəkəyə məhdud çıxış imkanı verən "Ağ SİM Kart" proqramını istifadəyə vermişdi. Bu xidmətdən yalnız xarici missiya rəhbərləri, diplomatlar, siyasətçilər, bəzi jurnalistlər, tanınmış şəxslər və sənətçilər yararlana bilirdi.

Hazırda ölkədə sıravi vətəndaşlar üçün adi internet bağlantısı əsasən VPN proqramları vasitəsilə mümkün olur./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!