İranda məşhur farsdilli telekanalların yayımı dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

İranda məşhur farsdilli telekanalların yayımı dayandırıldı

Dünya

27 Fevral 2026 22:02 511


İranın paytaxtı Tehranda məşhur "Iran International", "Amerikanın səsi" və "BBC Persian" da daxil olmaqla, bir neçə farsdilli xəbər və siyasi telekanalın yayımı "Əl-Yah" peyk rabitə şirkəti tərəfindən dayandırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı bildirib.

Məlumata görə, ötən gün səhər saatlarından etibarən telekanallar ölkədə izləyicilər üçün əlçatmaz olub. Toyuqlu pizza

Eyni zamanda Tehranın bəzi bölgələrində GPS və naviqasiya xidmətləri sıradan çıxıb. Bu, taksi sürücüləri, ictimai nəqliyyat və kuryerlər daxil olmaqla, şəhəriçi hərəkət və marşrut planlamasında ciddi çətinliklər yaradıb.

Hələlik peyk operatoru və ya İran hökuməti tərəfindən fasilənin səbəbi açıqlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!