“İrandan Bakıya gələn turistlər indi İrəvana gedir“   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“İrandan Bakıya gələn turistlər indi İrəvana gedir“ - Deputat

Sosial

20 Dekabr 2021 13:32 853


"Yadınızdadırsa, İrandan Azərbaycana çoxlu turist gəlirdi. Bir müddətdən sonra onların üzü çevrildi İrəvana".

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı deyib.

"Bunu hamı bilir. Başladılar ora getməyə. Bəlkə də onlar qəsdən bizim burdan gedənlərə xüsusi şərait yaradıblar. Bura gələnlər qiymətlərlə bağlı xəyal qırıqlığına uğrayırlar və bir daha gəlmirlər. pizza hut

İkinci məsələ isə mənə çox maraqlıdır ki, gələn turistləri hansı materiallarla məlumatlandırırlar. Yadınızdadırsa, "Qız Qalası" ilə bağlı çox eybəcər bir mətn vardı. Gələn turistlərə onu deyirdilər. Ona görə də həmin qanunlar peşəkar qurum tərəfindən tərtib olunmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!