İran Qafqazdakı hadisələri həssaslıqla və ciddiliklə izləməyə davam edir.
Yenisabah.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani həftəlik mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Tehran Bakı və İrəvanla daim təmasdadır. Kənani bildirib ki, İranın mövqeyi aydın, sabit və şəffafdır. pizza hut
"İranın Qarabağ ilə bağlı mövqeyi heç kimdən gizli deyil. Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir və bu bölgənin sakinlərinin hüquqları və təhlükəsizliyi konkret çərçivədə müəyyən edilməli və təmin edilməlidir. Bu bizim aydın mövqeyimizdir", - sözçü qeyd edib.
Telegram kanalımız