İrandan Rusiyaya aparılan “kərəviz”lərin içindən narkotik çıxdı

saytların hazırlanması

Evə çatdırılma

İrandan Rusiyaya aparılan “kərəviz”lərin içindən narkotik çıxdı

Hadisə

21 Sentyabr 2026 10:10 92


İrandan gələn tərəvəz TIR-ında böyük miqdarda narkotik vasitə ələ keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Rusiyaya “kahı” və “kərəviz” daşıyan yük avtomobilinə baxış keçirilib. İdxal nəzarət xəttində saxlanılan nəqliyyat vasitəsi rentgendən keçirilib və xüsusi təlim görmüş xidməti itin köməyi ilə yoxlanılıb.

Yoxlama zamanı kərəviz görünüşü verilmiş 230 ədəd xüsusi qablaşdırmanın içərisində gizlədilən, ümumi çəkisi 79 kiloqram 740 qram olan marixuana aşkarlanaraq götürülüb. Narkotik vasitənin Azərbaycan üzərindən tranzit yolla aparılmasının qarşısı alınıb. Sezar pizza

Məsələ ilə bağlı təhqiqat davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!