İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Dünya

27 Avqust 2026 23:25 91


İranla bağlı Böyük Britaniya, Almaniya və Fransanın (“Avropa üçlüyü”), Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə görüş avqustun 30-da İstanbulda keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DPA Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Danışıqların təşəbbüskarı Almaniya və Türkiyə tərəfləridir. pizza hut

Görüşdə, xüsusilə, Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin olunması yolları və regionda təhlükəsizlik vəziyyəti müzakirə ediləcək.

İştirakçı ölkələr görüşün ABŞ-a İranla danışıqların davam etdirilməsinin zəruriliyi ilə bağlı siqnal olacağını gözləyirlər.

Görüşün gündəliyində Qara dənizdə vəziyyət və Ukrayna taxılının ixracı məsələləri də olacaq./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!