İranlı güləşçi Ermənistan vətəndaşlığını qəbul edir - 2 il əvvəl Bakıdan təklif almışdı

saytların hazırlanması

Evə çatdırılma

İranlı güləşçi Ermənistan vətəndaşlığını qəbul edir - 2 il əvvəl Bakıdan təklif almışdı

İdman

07 İyun 2025 16:48 27732


20 yaşlı iranlı güləşçi Əmirrza Məsumi hazırda İrəvandadır və Ermənistan Güləş Federasiyası ilə danışıqlar apararaq vətəndaşlığını dəyişmək niyyətindədir.

Yenisabah.az sportaran-a istinadla xəbər verir ki, hər iki tərəf bu transferdə maraqlıdır və tezliklə rəsmi açıqlama gözlənilir.

Əmirrza Məsumi 125 kq çəki dərəcəsində mübarizə aparır və artıq bu kateqoriyada özünü dünyanın ən güclü güləşçilərindən biri kimi təsdiqləyib. Lakin o, 24 yaşında ikiqat dünya çempionu, olimpiya oyunlarının gümüş və bürünc mükafatçısı Əmirhüseyn Zare ilə rəqabət apardığı üçün İranın böyüklərdən ibarət milli komandasına düşə bilməyib. Dominos pizza

Güləşçi 2028-ci ildə Los-Anceles Olimpiadasında iştirak etmək arzusunda olduğu üçün idman vətəndaşlığını dəyişmək qərarına gəlib və bu məqsədlə Ermənistanı seçib.

Bundan əvvəl, 2023-cü ildə Fərdin Məsumi (Əmir Rzanın atası) IRNA-ya müsahibəsində Azərbaycan Respublikasının oğluna öz federasiyası tərkibində yer təklif etdiyini, lakin İran Federasiyasının buna qarşı çıxdığını bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Cavanşir
    Fərdinlə 2002 cı ildə Rusiyada turnir zamanı tanış olmuşam.Təmiz azərbaycanca danışırdı, mənə talış olduğunu özü demişdi.Çox gözəl insandır.
    11 months ago