İranlı vitse-spiker qonşu dövlətlərə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

İranlı vitse-spiker qonşu dövlətlərə xəbərdarlıq etdi

Dünya

12 Dekabr 2022 11:33 916


"İranın bəzi qonşuların ambisiyalarına cavabı üçün güclü, onlarsarsıdıcı və acınacaqlı olacaq".

Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, bunu İran parlamentinin vitse-spikeri Əli Nikzad deyib.

Onun sözlərinə görə, mehriban qonşuluq siyasəti tehranın xarici siyasətinin dəyişməz prinsipidir: "İslam Respublikası qonşularının böyük dostu və dəstəkçisi olduğunu sübut edib". Dominos pizza

“İran xalqının İraq xalqını və hökumətini İŞİD-in ölkəyə vəhşicəsinə işğalına qarşı şiddətlə müdafiə etməsi İranın qonşularına qarşı xeyirxahlığının yaxşı nümunəsidir”, - deyən Nikzad əlavə edib ki, İran qonşularına mərhəmət göstərərək, onların istənilən şıltaqlığına qarşı qətiyyətli və sarsıdıcı davranır.

Əli Nikzad bildirib: "Təhlükəsiz və iqtisadi cəhətdən firavan qonşular İran üçün vacibdir. Qonşuların ölkənin suverenliyinə qarşı hər hansı bir həddən artıq ambisiyalılığı halında İranın cavabı güclü və sarsıdıcı olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!