İraqla Suriyadan 469 uşaq və qadın ölkəmizə gətirilib 

saytların hazırlanması

Evə çatdırılma

İraqla Suriyadan 469 uşaq və qadın ölkəmizə gətirilib 

Sosial

29 Fevral 2024 11:53 394


Son illərdə bir sıra şəxslər Ombudsmana müraciətlər edərək, İraq Respublikası və Suriya Ərəb Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olan yaxın qohumlarının, xüsusilə qadın və uşaqların ölkəmizə qaytarılmasında köməklik göstərilməsini xahiş edib. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. 

Müxtəlif vaxtlarda həmin ərizəçiləri qəbul edən Ombudsman mövcud problemin araşdırılması, həlli və vətəndaşlarımızın ölkəyə qaytarılması istiqamətində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və digər səlahiyyətli dövlət qurumları ilə əməkdaşlığını davam etdirilib. Bu fəaliyyət çərçivəsində 2023-cü il ərzində 13-ü qadın, 47-i uşaq olmaqla, 60 Azərbaycan Respublikası vətəndaşı Suriyadan ölkəmizə  repatriasiya olunub.  Dördpendirli pizza

Azərbaycan hökuməti tərəfindən görülmüş tədbirlər nəticəsində İraq və Suriyadan ümumilikdə 469 uşaq və qadının repatriasiyası həyata keçirilib. Repatriasiya üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!