İrəvan avropalı müşahidəçilərin statusu barədə saziş imzaladı

İrəvan avropalı müşahidəçilərin statusu barədə saziş imzaladı

Bölgə Veb saytların hazırlanması

20 Noyabr 2023 14:24 743


İrəvan və Brüssel Ermənistan-Azərbaycan sərhədində Aİ-nin müşahidə missiyasının statusu haqqında saziş imzalayıblar.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sazişi Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıblar.

Avropa İttifaqının mülki missiyası Ermənistanda 2023-cü ilin fevralında fəaliyyətə başlayıb və Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində avropalı müşahidəçilər müntəzəm olaraq patrul həyata keçirirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!