İrəvan meri çamadanlarını hazırlayır – Erməni nəşri

saytların hazırlanması

Evə çatdırılma

İrəvan meri çamadanlarını hazırlayır – Erməni nəşri

Rəsmi

01 İyun 2021 11:47 1039


“İrəvan meri vəzifəsindən istefa verəcək”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti yazıb.

Nəşrin iddiasına görə, İrəvan meri Hayk Marutyan son zamanlar “çamadan havası”ndadır və yaxın ətrafında deyib ki, mövcud hakimiyyətin yenidən seçilib-seçilməməsindən asılı olmayaraq, heç bir halda vəzifəsini icra edə bilməyəcək.

“Joxovurd” qəzeti öz mənbələrinə istinad edərək yazır: “Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, sentyabr ayında seçilsə, İrəvan bələdiyyə başçısına seçki keçirmək niyyətindədir. Müxalifət, xüsusən də, Ermənistanın ikinci prezidenti Robert Köçəryan seçilərsə, Marutyanın mer olaraq qalma şansı yoxdur. Son vaxtlar o heç kimlə heç bir əlaqə qurmayıb: nə komanda yoldaşları ilə, nə də meriya işçiləri ilə.

Marutyan da Ermənistan Milli Məclisinə növbədənkənar seçkilər üçün heç bir şey etmir. İrəvanda “Vətəndaş Müqaviləsi” partiyasına səslərin verilməsi funksiyasını iş adamı Xaçatur Sukiasyan öz üzərinə götürüb götürüb və Ermənistan baş nazirinin ofisinin rəhbəri Arsen Torosyan təşviqat işləri aparır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!