İrəvanda kritik panel - Türkiyə, Azərbaycan və Aİ nümayəndələri bir arada

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda kritik panel - Türkiyə, Azərbaycan və Aİ nümayəndələri bir arada

Siyasət

04 May 2026 08:51 118


Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç beynəlxalq “İrəvan dialoqu – 2026” konfransında iştirak edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumat beynəlxalq konfransın proqramında yer alıb.

Proqrama əsasən, Serdar Kılıç mayın 5-də “Cənubi Qafqaz dönüş nöqtəsində: sülh və əməkdaşlıq perspektivləri” mövzusunda panel müzakirəsində çıxış edəcək.

Müzakirədə Türkiyənin xüsusi nümayəndəsi ilə yanaşı, Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya, həmçinin Azərbaycanı təmsil edən Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov spiker qismində iştirak edəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!