İrina Şeyk tədbirə elə geyimdə getdi ki... - FOTO

saytların hazırlanması

Evə çatdırılma

İrina Şeyk tədbirə elə geyimdə getdi ki... - FOTO

Şou

04 Noyabr 2022 08:41 4867


Dünya şöhrətli tatar əsilli rusiyalı supermodel İrina Şeyk görünüşü ilə təəccübləndirib.

“Yeni Sabah” Bizim media-ya istinadən xəbər verir ki, dünya ulduzu Rihannanın alt-paltar markası "Fenty & Savage" dəb gecəsinə supermodel korset və şəffaf mini ətəkdə qatılıb.

Transparan geyimdə diqqətləri üzərinə cəmləyən  Şeyk açıq-saçıq obrazı ilə səhnəyə çıxan modelləri kölgədə qoyub. pizza sifarişi

Moda dünyasında və ulduz dairələrində İrina Şeyk təkcə çılğın və dəlisov imici ilə deyil, eyni zamanda şəxsi həyatı ilə də dillərdən düşmür. Belə ki, supermodel keçmiş sevgilisi və ortaq qızı Leanın atası, Hollivud aktyoru Bredli Kuperin yanında görüntülənib.

İrina ya "Baham" adalarında dincəlir, şəkillər paylaşır, ya da Nyu-York küçələrində gəzərək, açıq havada vaxt keçirir. Lakin pərəstişkarları cütlüyü nə qədər fəal şəkildə bir araya gətirsələr də, hələlik ulduzların birləşməsi ilə bağlı rəsmi məlumat yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!