İş axtaran müəllimlərin nəzərinə: Bu məktəblərdə yerlər boş qalıb   - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

İş axtaran müəllimlərin nəzərinə: Bu məktəblərdə yerlər boş qalıb - SİYAHI

Sosial

27 Oktyabr 2023 16:03 25619

Dağlıq Şirvan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə mövcud olan vakant yerlər var. 

Bu barədə Yenisabah.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutundan bildirilib. 

Vakansiyalara müraciət etmək istəyən namizədlər +99450 882 06 23 vatsap nömrəsinə yaza bilərlər.  pizza

“Nəzərinizə çatdırırıq ki, vakansiyalara qeyd olunan fənlərdən 2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən və hər hansı vakant yerə təyin edilməyən namizədlər müraciət edə bilərlər”, - deyə bildirilib. 

Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Cənnət
    Salam xahiş edirəm muraciətimə baxılsın.MİQ-dən 72 bal toplamışam ama yaşadığım ərazi vakant yer vermiyib.Çox xahiş edirəm şikayətimə baxılsın.Ailəmdə heç kim maaş almır.Madii veziyətimiz aşağıdı.
    3 years ago
  • Aygün Əliyeva
    Dağlıq Şirvan Regional Təhsil İdarəsi Muğanlı məktəbində fizika fənnindən olan vakansiyanı nəyə görə qeyd etməmisiniz ? Nəyə görə siz edilən çoxsaylı müraciətlərə baxmayaraq, bu məktəbə fizika ixtisaslı müəllim göndərmək istəmirsiniz ? Olmaya həmin məktəbin direktoru ilə aranızda xüsusi razılaşmanız var ? Siz Allah, bircə deməyin ki, həmin dərsləri direktor özü keçir. HAMI ÇOX GÖZƏL BİLİR Kİ, NECƏ KEÇİR !!! Gənc bir müəllimə 2017-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsindən keçərək, Şamaxı rayon İqbal Rəsulov adına Muğanlı tam orta məktəbinə daimi əsaslı fizika müəllimi təyin edilmişdi. Lakin işlədiyi bir-iki il müddətində bu məktəbin keçmiş təşkilatçı müavini, hazırda isə direktor səlahiyyətlərini icra edən Gülmirə Radik qızı Əlsöhbətova tərəfindən insanlığa yaraşmayan təqiblərə və təzyiqlərə məruz qalırdı. Çünki Gülmirə Əlsöhbətova özü də fizika ixtisaslı idi, məqsədi həmin gənc müəlliməni bezikdirib özxoşuna qaçırtmaq, ona məxsus olan 12 saat dərsi öz əlinə keçirmək idi. Məktəbin bütün şagirdləri dilləri ilə etiraf edirdilər ki, o dərs yox idi ki, həmin gənc müəllimə o dərsdə ağlamasın. Gah geyimini, gah dərs keçmək metodunu, gah da başqa şeyləri bəhanə gətirib hər dərs sinifdə, şagirdlərin gözü qarşısında uca səslə üstünə qışqırır, kobud şəkildə danlayırdı. Hələ bütün bunlar azmış kimi, Gülmirə Əlsöhbətova özünə yaxın olan valideyinlərin vasitəsilə Təhsil Nazirliyinə həmin müəllimənin şagirdlərin tərbiyəsini pozması ilə bağlı bir neçə anonim şikayət də göndərmişdi. Bütün bunlardan usanan həmin gənc müəllimə iki il müddətində bu məktəbdə işlədikdən sonra məktəbini digər (daha uzaq məsafəli) məktəbə dəyişməli oldu. O gedəndən sonra keçən tam üç il müddətində hətta, müqavilə ilə olsa belə bu məktəbə heç bir fizika ixtisaslı müəllim göndərilmədi. Hazırda isə onun dərs saatlarını əlinə keçirən Gülmirə Əlsöhbətovanın hər günü ya məktəbdə saxta tədbirlər altında fotosessiyalar etməklə, şəkil çəkdirməklə ya da ki, sosial şəbəkələrdə müxtəlif adlar altında saxta profil açıb özü-özünü tərifləməklə ya da kimlərisə təhqir etməklə, hədə-qorxu gəlməklə keçir. Bəyəm onun dərs keçməyə vaxtı var ki ? Fizika dərslərini isə ya texniki işçilər əvəz edir, ya şagirdlər həmin dərslərdə fiziki tərbiyə zalında oyun oynamaqla məşğuldur, ya da ki, dərs saatlarını 7-ci saatlara saldırıb şagirdləri sonuncu saatdan evə buraxır. Sizdən təkrarən xahiş edirik ! Bu məktəbə fizika ixtisaslı müəllim göndərin ! Əgər fizika müəlliminə ehtiyac yox idisə, o zaman nəyə görə bu məktəbə MİQ yolu ilə fizika ixtisaslı müəllim gətizdirib, daha sonra bezikdirib qaçırtdınız ??? #DağlıqŞirvanRTİ Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnsan Resursları Mərkəzi Respublika Təhsil Şurası İctimai Birliyi #EduAz #EduAzİRM #ARTİ #İRM #Müddətli

  • Qədirova Pərvanə
    İngilis dili muəlliməsiyem Şirvanda yasayiram 6 il stajım var İmtahın fobiyamdan bu il kesildim Amma ders demeyime cavabdehem Cox isteyerem mənə şans veresiniz
    3 years ago
  • Qədirova Pərvanə
    Miq imtahanında istirak etmisem Sadece imtahan fobiyamdan kesilmisem Sadece ders deməyime cavabtehem İş imkanı verin bunu size sübut edim
    3 years ago