Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iş yoldaşları tərəfindən təbrik edilib.
Yenisabah.az xəbər verir ki, 2 gün öncə prezidentin sərəncamı ilə yenidən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin olunan xanım Muradova bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Yeni dövrün ilk iş həftəsini əmək kollektivinin səmimi münasibəti və heyrətamiz çiçək dəstəsi ilə başlamaq ikiqat etimadı doğrultmaq kimi bir vəzifə qoyur qarşımda. pizza mizza
İnanıram və əmin edirəm ki, biz birlikdə ölkə Prezidentinin bu sahədə müəyyən etdiyi siyasətin uğurunu təmin etmək, qarşımızda qoyduğu vəzifələri yerinə yetirmək üçün birgə işləyəcək və bütün tərəfdaşlarımızın səyləri nəticəsində "Azərbaycan Ailəsi"nin mənafeyi naminə yorulmadan çalışacağıq!”
Telegram kanalımız