“İsa Həbibbəyli tapşırıq verib ki, öyrənsilər, nədən akademiklər uzunömürlüdür?” 

saytların hazırlanması

Evə çatdırılma

“İsa Həbibbəyli tapşırıq verib ki, öyrənsilər, nədən akademiklər uzunömürlüdür?” 

Sosial

18 Yanvar 2023 17:51 4811


“Akademiyanın prezidenti İsa Həbibbəyli alimlərə uzun ömürlülüyün öyrənilməsiylə bağlı bir fikir söyləyib. Bu gün Akademiyadakı institut direktorların çoxu yaşlı insanlardır, eləsi var ki, 80-i ötüb, əksəriyyəti isə 70 yaşı keçib. Bəlkə də bunun elmi əsaslarını tapşırıq kimi verib ki, öyrənsilər, nədən biz uzun ömürlüyük?” 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Etibar Əliyev deyib. 

O, AMEA prezidentinin səsləndirdiyi məlum təkliflə bağlı fikirlərini bölüşüb.  Pepperoni pizza

“İsa müəllimin fikrində, məncə, müəyyən yanlışlıq var. Əslində, alimin ömrü onun əsərləriylə, yazdığı kitablarla ölçülür. Məsələn, Əli Sultanlı adlı bir alimimiz olub. O, Bakı Dövlət Universitetinin alimi olub. Əli müəllim 53 il yaşadı, ancaq onun “Antik dünya ədəbiyyatı” adlı möhtəşəm bir kitabı var. O, az yaşayıb. Bu da Allahın verdiyi ömürdür; insan xəstələnər, dünyasını dəyişər”. 

E.Əliyev deyib ki, bütün dünyada elm adamları uzun yaşayır:

“Mən Nobel mükafatçılarının tədqiqatçısıyam. Onlar 80-100 il yaşayırlar. Lakin onlar buna baxmayaraq, bütün həyatı boyu işləyir, əsərlər yazır, tələbələrin qarşısında, konfranslarda çıxış edir, məqalələr dərc edir, alimlər yetişdirirlər. Əgər uzunömürlülüyün içərisində faydalı fəaliyyət varsa, bənna belə uzun həyat sürürsə, bunu da öyrənmək lazımdır ki, fiziki əmək nə üçün onun bu qədər çox yaşamasına gətirib çıxarıb?” 

Onun sözlərinə görə, bu, tək alimlərə aid olmamalıdır: 

“İnsan yaşlaşdıqca, onda müəyyən yaddaşsızlıq sindormu əmələ gəlir. Buna altsheymer xəstəliyi deyilir. Bunun tətqiqatını aparsaq, görərik ki, elmlə məşğul olan insanlarda yaddaşsızlıq çox az olur. Bu da ondan irəli gəlir ki, onlar çox oxuyub, əməkdə olurlar. Hətta mən Nobel mükafatı laureatı Əziz Sancardan soruşdum ki, sizinlə birlikdə Nobel alan Tomas Lindall və Pol Modriç yaşayırlarmı? O, cavabında çox gözəl bir şey dedi: söylədi ki, onlar yaşayırlar, ancaq əməkdə deyillər. Yəni alim əməkdədirsə, uzun yaşayırsa, bu, onun əməyi ilə bağlıdır. Çünki yaşamaq ona məmnunluq gətirir”. 

“Lakin biz onu da görürük ki, cavan yaşlarda elə alimlər var ki, elə ixtiralara imza atıblar ki, o ixtiraları yaşlı nəsil edə bilməyib. Ona görə də düşünürəm ki, İsa müəllimin fikri bir qədər ziddiyətli fikirdir. Allah alimlərimizə çox böyük ömür versin. Onlar həmişə yaşadıqca, cəmiyyətə və elmə böyük xeyr verməlidirlər. Bizim alimlər elm sahəsində heç bir intriqalarda iştirak etməməlidir. Alimin adı olmalı, o, ad qoyub getməlidir. Bu ad isə hesab edirəm ki, onun yaşı ilə bağlı olmamalıdır”, - E. Əliyev vurğulayıb. 

Müsahibimiz təklif edib ki, alimlər yaşlaşdıqca, öz yerlərini gənclərə verməyi bacarmalıdırlar: 

“Məsələn, Akademiyada elə institut direktorları var ki, 30-40 il direktordur. O alim həm də yaşlaşdıqca, yeni nəsil alimlər yetişdirə bilməlidir ki, onu əvəz edə bilsinlər. Yaş dövründə də gənclərə, hətta vəzifə baxımından da böyük şərait yaratmalıdırlar”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!