İsa Qəmbərin qardaşı Müsavat başqanlığına namizədlərə müraciət etdi 

saytların hazırlanması

Evə çatdırılma

İsa Qəmbərin qardaşı Müsavat başqanlığına namizədlərə müraciət etdi 

Siyasət

19 Sentyabr 2019 06:37 1243


Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Qəmbər Müsavat Partiyasının başqanlığına namizədliyini irəli sürən Tofiq Yaqublu ilə Yadigar Sadıqlıya müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, R. Qəmbər müraciətində bildirib ki, T. Yaqublu ilə Y. Sadıqlıdan biri budəfəki qurultayda namizəd olmasın: "Lütfən, güclərinizi birlikdə müzakirə edib, işbirliyinə tezliklə başlayaraq Azərbaycan Xalqını sevindirin, məsələn, biriniz başqanlığa indi namizəd olun, 2 il sonra o biriniz namizəd olarsınız. Almaniyada bütün partiyaların sədrləri və idarə heyəti hər il qurultaylarda yenidən seçilirlər.

Siz də çalışın, Azərbaycanın Qarabağ probleminin həllinə və Hüquqi Dövlətimizin qurulmasına birlikdə nail olun. Nəhayət, 5 illik çətin dönəmdən sonra hər il, uzağı 2 ildən bir qurutayınızı keçirib, lütfən Məhəmməd Əmin Rəsulzadə davamçılarını ruhlandırıb bütün Dünya Azərbaycanlılarının ən böyük problemlərinin həllinə və xalqımızın sevincinə səbəb olun". pizza mizza

Qeyd edək ki, Rövşən Qəmbər Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin qardaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!