İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi

Sosial

09 Aprel 2021 16:40 1817


İşdən çıxarılan daha bir direktor AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevi məhkəməyə verib.

Yenisabah.az-ın məlumatına görə, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) keçmiş direktoru Zülfüqarova Sevil Kamil qızı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib. O, işə bərpa olunmasını tələb edir. İcraata götürülən məhkəmə prosesə hakim Mədinə Bağırova sədrlik edəcək. (Unikal.org)

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 20 noyabr 2020-ci il tarixində keçirilən iclasında yekdilliklə qəbul edilmiş qərara əsasən ilk növbədə işində yol verdiyi ciddi nöqsanlar, həmçinin cəmiyyətdə tanınan şəxslərin məqalələrini mənimsəyərək öz imzası ilə təqdim etdiyi nəzərə alınmaqla AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru S.Zülfüqarova  tutduğu vəzifəsindən azad edilib. pizza

Ətraflı bu linkdə: https://yenisabah.az/ramiz-mehdiyevin-vezifeden-azad-etdiyi-sevil-zulfuqarova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!