İşdən çıxarılan icra başçısını belə yola saldılar: Şou yoxsa... -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İşdən çıxarılan icra başçısını belə yola saldılar: Şou yoxsa... - Fotolar

Sosial

27 İyul 2022 16:19 147443


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti Şahin Məmmədovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. 

Yenisabah.az xəbər verir ki, sabiq icra başçısı 2 gün öncə Masallıda yaşadığı evin əşyalarını yığaraq rayonu tərk edib. 

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, yayılan xəbərə görə, rayonun şəhid ailələri sabiq başçının evinə gələrək əşyalarını yığmağa kömək edib, xeyir dua verib yola salıblar. Pepperoni pizza

Xəbərdə iddia olunur ki, sabiq başçının vəzifədə olarkən rayonun şəhid ailələri və qazilərə qarşı göstərdiyi qayğıya qarşılıq olaraq şəhid ailələri belə qərara gəlib planlı şəkildə başçını yola salmaq üçün toplaşıblar. 

Həmin görüntüləri təqdim edirik:

Nurlan Cəfəri


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!