İşğal Qarabağın 54 min hektar meşəsini məhv edib – 600 hektar bərpa olunub

saytların hazırlanması

Evə çatdırılma

İşğal Qarabağın 54 min hektar meşəsini məhv edib – 600 hektar bərpa olunub

Sosial

14 Oktyabr 2026 12:14 145


Regionun dirçəldilməsi işğalın ekoloji fəsadlarının aradan qaldırılmasını da əhatə edir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısı bildirib ki, işğal dövründə 54.3 min hektar meşə sahəsi məhv edilib, torpaq və su ehtiyatları çirkləndirilib: “İndiyədək 600 hektar meşə fondu bərpa olunmuşdur. Çünki meşələrin və su ekosistemlərinin bərpası, iqlim dəyişmələrinin təsirlərinə davamlı tikinti həllərinin tətbiqi regionun uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyət daşıyır”. pizza hut

Prezident İlham Əliyev qeyd edib ki, Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir: “Regionda tətbiq edilən qabaqcıl şəhərsalma və mühəndislik həlləri Azərbaycanın digər bölgələri ilə yanaşı, beynəlxalq miqyasda da istifadə oluna biləcək təcrübə yaradır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!