İşğaldan azad edilmiş sərhəd zastavalarında Azərbaycan bayrağı ucaldılıb
30 Okt 2020 17:26
604

İşğaldan azad edilmiş sərhəd zastavalarında Azərbaycan bayrağı ucaldılıb

Ermənistanın işğalından azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarının ərazisində dörd sərhəd zastavasının bərpadan sonra açılışı olub.

Yenisabah.az xəbər verir ki, Soltanlı, Xələfli, Xudafərin və Qumlaq kəndlərində sərhəd zastavaları üzərində bu gün dövlət bayrağı ucaldılıb.

Bununla da dörd sərhəd zastavası xidməti döyüş fəaliyyətinə başlayıb.

1993-cü ildə işğal olunmuş, 27 ildən sonra azad edilmiş dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin şəxsi tərəfindən təşkil olunub.

Qeyd edək ki, Azərbaycan-İran dövlət sərhədinin 132 km hissəsinin işğaldan azad edilməsi dövlət sərhədinin tam bərpası baxımından önəmli hadisədir. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər