İşğaldan azad olunan daha bir ərazidə azan səsləndirilir
17 Yan 2021 15:54
223

İşğaldan azad olunan daha bir ərazidə azan səsləndirilir

Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir.

Yenisabah.az xəbər verir ki, 1993-cü ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olunarkən mülki insanlar və dinc sakinlər məhz bu yol vasitəsi ilə, Ömər aşırımından keçərək sərt və sıldırım dağları aşaraq qırğından canlarını qurtara biliblər.

Qeyd edək ki, 27 il sonra 2020-ci ilin noyabrın 25-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı qələbə qazanan müzəffər Azərbaycan Ordusu düşməndən azad edilən Kəlbəcər rayonunun ərazisinə məhz bu yolla, Ömər aşırımından keçərək daxil olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər