İşğaldan azad olunan ərazilərə avtobus marşrutları təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

İşğaldan azad olunan ərazilərə avtobus marşrutları təxirə salındı

Sosial

15 Sentyabr 2022 21:24 997


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınmasına dair yayılan xəbərlərə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Xidmətdən verilən məlumata görə, qurum tərəfindən işğaldan azad olunan ərazilərə - Şuşa, Ağdam və Füzuli rayonlarına müntəzəm avtobus marşrutları ilə 15, 16 və 17 sentyabr tarixlərinə nəzərdə tutulan səfərlər təxirə salınaraq başqa tarixlərə keçirilib:

“Bu haqda sərnişinlərlə telefon əlaqəsi yaradılaraq məlumat verilib”. Dördpendirli pizza

Qeyd edək ki, sosial şəbəkərdə işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınması ilə bağlı xəbərlər yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!