İşğaldan azad olunmuş ərazilərdə işləmək istəyənlərin NƏZƏRİNƏ

saytların hazırlanması

Evə çatdırılma

İşğaldan azad olunmuş ərazilərdə işləmək istəyənlərin NƏZƏRİNƏ

Sosial

26 Yanvar 2024 19:50 3629


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Laçın, Qubadlı, Zəngilan, Xocavənd mobil bazalarında avtobus sürücüsü, elektrik-texniki təmir işləri üzrə mütəxəssis, aşpaz, xadimə, qaynaqçı, avtoelektrik, nəqliyyat təchizatı üzrə anbardar, avtoçilingər, vulkanizatorçu, habelə Şuşa və Xankəndi düşərgələrində nəqliyyat üzrə mütəxəssis, xidmətçi, qabyuyan, gözətçi, anbardar, sürücü işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

ANAMA-dan bildirib ki, namizədlərin müvafiq sahədə orta-ixtisas və ya peşə təhsili və 1 ilə qədər iş stajı olmalıdır.

Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.), əmək kitabçasının surətini career@anama.gov.az ünvanına göndərməlidir. pizza sifarişi

Sənədlər fevralın 29-dək qəbul ediləcək.

Seçim zamanı işğaldan azad edilmiş ərazilərdən olan məcburi köçkünlərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat almaq üçün “805” nömrəli qaynar xəttə zəng etmək olar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bilal
    Salam men suruciyem iw ahtariram goycayda yasiyiram ozumde ayleliyem.
    1 year ago
  • Atakişiyev İlham
    Salam aşbaz işi axtarıram 3 ildən cox işləmişəm Qubadlıda iş.stagım 25 ildi
    2 years ago
  • Cəlal Qarayrv
    Mən Suruculuk Vəsiqəm Bc masin surməyi bacariram :Qaz və Elrktrik qaynagi üzrə Oxumusam Diplomum var Qaynagi Bacariram Həmcinin Elektriklə İdarə olunan Pnevmo Uzaqdan idarə olunan Texnikalarin Kursunu Oxumusam və SERFTİKATİM Var İsləmək İsdəyirəm
    2 years ago
  • Cəlal Qarayev
    Mən surucu isləmək isfəyirəm həmcinində Qaz və Elektrik qaynagi üzrə Diplomum Eləcədə Elektriklə idarə olunan texnikalarin idarə etmə Kursunu Bitirmisəm
    2 years ago
  • ilkin
    salam surucu isine gore narahad eleyirem BC katkoryadi surucu iwlemey isdeyirem
    2 years ago
  • Hüseynov Emin
    Salam gözətçi və ya sürücü işləmək isdiyərdim gözətçi işi üzrə 3 il iş stajım var
    2 years ago
  • Elvin
    Salam men surucu islemek isdeyirem
    2 years ago
  • Vuqar
    Elaqe nömrem lazmdısa 0508795775
    2 years ago
  • Vuqar
    Men maşın ustasyam kamaz maz boyuk maşınlara baxıram sizin işiniz nece işdi maışdı yoxsa gundelik
    2 years ago
  • Yusif
    Məcburi köçkünəm Ağdam qacqiniyam mühafizəçi işləmək istəyirəm
    2 years ago
  • Seymu
    Salam islemek istiyrem gozetci
    2 years ago