“İsgəndər” raketlərindən istifadə etdiklərini deyən erməni general həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

“İsgəndər” raketlərindən istifadə etdiklərini deyən erməni general həbs edildi

Rəsmi

19 Noyabr 2020 21:31 1535


Ermənistan DTX bir qədər öncə general-polkovnik Movses Akopyanı saxlayıb.

Yenisabah.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, generalın saxlanılmasına səbəb mətbuata verdiyi açıqlama olub. 

O deyib ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı "İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə edib.

"Bu raketlərdən ("İskəndər”i nəzərdə tutur - red.) istifadə edilib, lakin hansı istiqamətdə istifadə olunduğunu deyə bilmərəm”, - deyə M.Akopyan qeyd etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!