İslam düşməni yenə Quran yandırdı

saytların hazırlanması

Evə çatdırılma

İslam düşməni yenə Quran yandırdı

Dünya

20 Mart 2023 19:20 1031


Danimarkalı siyasətçi, ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludan bu dəfə Danimarkada polisin mühafizəsi altında Quran yandırıb.

Musavat.com xəbər verir ki, o qalmaqallı əməlini Kopenhagen şəhərində həyata keçirib.

5 gün əvvəl sosial media hesabından Quranı yandıracağını açıqlayan Rasmus Paludan dediyini edib. Danimarkanın paytaxtı Kopenhagendə Türkiyə səfirliyi qarşısında Quran yandıran Paludan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın timsalında İslamı və bütün müsəlmanları hədəf alıb. pizza

Paludan deyib: "İslamı və Ərdoğanı bütün dünyaya göstərməyimiz çox önəmlidir. İslama hörmət etmirik. İslama xor baxırıq..."

İsveç mətbuatında yer alan xəbərə görə, o, Ramazan ayının ilk günündə İngiltərədə də Quran yandıracağını bildirib.

Xatırladaq ki, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib və Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!