Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) üçün Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyata başlayıb.
"Yeni Sabah" xəbər verir ki, qeydiyyat iyulun 21-dən 25-i saat 23:59-dək aparılacaq.
Müsahibədə III ixtisas qrupu üzrə müsabiqə şərtlərini ödəyən, ümumi balı azı 150, qəbul imtahanının ikinci mərhələsi üzrə isə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər. Pepperoni pizza
Müsahibədən məqbul qiymət alan abituriyentlər və subbakalavrlar ixtisas seçimi zamanı elektron ərizələrində islamşünaslıq ixtisasını qeyd etmək hüququ qazanacaqlar. İslamşünaslıq ixtisası üzrə Dini Psixoloji Komissiya Bakıda fəaliyyət göstərəcək.
Müsahibə zamanı iştirakçıların dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji xüsusiyyətlərinin ixtisasa uyğunluğu, həmçinin tolerantlıq və multikulturalizmə dair təsəvvürləri qiymətləndiriləcək.
Telegram kanalımız