16 Avqust - 05:53
İslandiya yeni üzvlərə razılıq verən ilk NATO ölkəsidir

İslandiya yeni üzvlərə razılıq verən ilk NATO ölkəsidir

Dünya

06 İyul 2022 17:48 475


İslandiya Finlandiya və İsveçin hərbi alyansa üzvlüyünü ratifikasiya edən NATO ölkələrindən ilki olub.

Yenisabah.az "Yle"yə istinadla xəbər verir ki, hələ iyun ayında İslandiya parlamenti buna razılıq verib.

İslandiya prezidenti Qudni Torlatius Yohannesson ratifikasiya sənədlərini ABŞ Dövlət Departamentinə göndərilib.

Finlandiya və İsveçin qoşulması ilə bağlı Şimali Atlantika Müqaviləsi protokollarının ratifikasiyası haqqında qərar çərşənbə günü Estoniya parlamenti tərəfindən veriləcək.

Brüsseldə NATO-ya üzv ölkələrin daimi nümayəndələri üzvlük protokollarını imzalayıblar. İmzalanandan sonra NATO-ya üzv dövlətlər öz milli qanunvericiliklərinə uyğun olaraq protokolları təsdiq etməlidirlər.

Alyansın bütün üzv dövlətləri tərəfindən qoşulma protokollarını ratifikasiya etdikdən sonra Finlandiya və İsveç rəsmi olaraq NATO-ya üzv olacaqlar. NATO-nun baş katibi Yens Stoltenberqin çərşənbə axşamı protokolların imzalanmasından əvvəl dediyi kimi, bu proses bir neçə ay çəkə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!