“İsraf olunan büdcə pullarının hesabatını verə bilərlərmi?!” - TƏBİB-lə bağlı   SƏRT SÖZLƏR

saytların hazırlanması

Evə çatdırılma

“İsraf olunan büdcə pullarının hesabatını verə bilərlərmi?!” - TƏBİB-lə bağlı SƏRT SÖZLƏR

Sosial

19 Oktyabr 2026 20:00 320


“Mənə çox maraqlıdır, yəqin ki, bir zaman kimlərsə TƏBİB-in yaradılması üçün təkliflər veriblər, bu işin, yaxşı mənada, lobbiçiliyini qurublar. İndi isə TƏBİB ləğv edilir, yenidən bütün səlahiyyətlər Səhiyyə Nazirliyinə verilir (əslində doğru olan da budur – istənilən sahə bir mərkəzdən, eyni məntiqlə idarə olunmalıdır)”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, son illərdə həddən artıq sıx tənzimləmə üçün yaradılmış mənasız qurumlar, agentliklər də ləğv ediləcək.

Dördpendirli pizza

“Yaxşı, indi həmin lobbiçilər yanlış və effektsiz təklifə (elə olmasaydə indi ləğv edilməzdi) görə məsuliyyət daşıyırlarmı?! Yeni qurumun yaranması üçün israf olunan büdcə pullarının hesabatını verə bilərlərmi?! 2018-ci ildən bəri xərclənən vəsaitin (inzibati xərcləri deyirəm) miqdarı nə qədər olub?! Həmin xərclərə bu 8 ildə neçə yeni xəstəxana tikmək, neçə yeni həkimi işə götürmək olardı?!

Ölkədə qərar verilməsi üçün müxtəlif təqdimat edənlərin səlahiyyəti ilə yanaşı məsuliyyətləri də mütləq olmalıdır.

Bir gün yol infrastrukturu, nəqliyyatla məşğul olan müxtəlif qurumlar da eyni ilə bir mərkəzdə birləşdiriləcək – təmərküzləşmə, idarəetmənin effektivliyinin artırılması üçün bu addımlar atılacaq.

Son illərdə həddən artıq sıx tənzimləmə üçün yaradılmış mənasız qurumlar, agentliklər də ləğv ediləcək – iqtisadi azadlıqların genişlənməsi, iqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!