İsrailin cəlb etdiyi casuslar ölkənin müdafiə sənayesinin mərkəzini partlatmağı planlaşdırıblar.
Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi ("Ettelaat") məlumat yayıb.
Nazirlik İranda həbs olunan "Mossad" casusları haqqında yeni məlumatları təqdim edib. Dominos pizza
Bəyanata görə, İsraillə əlaqəli terrorçuların məqsədi ölkənin həyati əhəmiyyət daşıyan müdafiə sənayesi mərkəzini partlatmaq olub, bunun üçün hədəfin coğrafiyasını müəyyənləşdirmək və geniş miqyasda məhv etmək üçün kompleks birləşmiş üsullar işlənib hazırlanıb.
“Qrupun əməliyyat elementləri terrorçu muzdlu “Komala” qrupunun (solçu kürd təşkilatı - red.) üzvləridir ki, onlar bu missiya üçün birbaşa bu qrupun lideri tərəfindən seçilib və "Mossad" zabitlərinə təqdim edilib”, - deyə məlumatda qeyd olunur.
“Terrorçulardan ələ keçirilən texnikanın miqdarı o qədər böyük olub ki, onu birbaşa əməliyyat qrupunun üzvlərinə çıxarmaq mümkün olmayıb.
Terrorçulardan müsadirə edilən silah və texnikalar arasında əsas hədəfi məhv etmək üçün 8 çox güclü bomba və əsas əməliyyatdan sonra qrupun texnikasını məhv etmək üçün 8 kiçik ölçülü bomba, hədəf idarəetmə sistemlərinin fəaliyyətini pozmaq üçün xüsusi texniki vasitələr, habelə uzaqdan partlatma üçün, makiyaj alətlərinin, pariklərin və barmaq izinin dəyişdirilməsi vasitələrinin tam dəsti olub.
Telegram kanalımız