İsrail hərbçiləri Livanın cənubunda partlayıcı qurğuya düşdülər

saytların hazırlanması

Evə çatdırılma

İsrail hərbçiləri Livanın cənubunda partlayıcı qurğuya düşdülər

Dünya

19 Sentyabr 2026 21:13 89


İsrail ordusuna məxsus mühəndis maşını Livanın cənubunda partlayıcı qurğuya düşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail tərəfinin məlumatına görə, hadisə ordunun Livanın cənubunda nəzarət etdiyi ərazidə baş verib. Mühəndis maşını İsrail ordusunun “Hizbullah” üzvləri tərəfindən yerləşdirildiyini iddia etdiyi partlayıcı qurğuya düşüb. pizza mizza

Hadisə nəticəsində iki İsrail hərbçisi yüngül xəsarət alıb və xəstəxanaya çatdırılıb.

İsrail ordusu hadisəyə cavab olaraq Livanın bir neçə bölgəsində “Hizbullah”ın hərbi infrastrukturuna zərbələr endirdiyini açıqlayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!