İsrail ordusu Livanla sərhəddə silahlı qruplaşmaya zərbə endirdi 

saytların hazırlanması

Evə çatdırılma

İsrail ordusu Livanla sərhəddə silahlı qruplaşmaya zərbə endirdi 

Dünya

04 Noyabr 2023 09:51 591


İsrail ordusu Livanla sərhəd yaxınlığında İsraili təhdid edən yaraqlı qrupa yeni zərbə endirib. 

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. 

“Bu gün səhər saatlarında bir terror qruplaşması İsrailin şimalındakı İftah kibutsasına tank əleyhinə raketlər atmağa cəhd edib. Bu terror qruplaşması İsrail Müdafiə Ordusunun tankı ilə vurulub”, – məlumatda deyilib.  Marqarita pizza

Bundan əlavə, mətbuat xidməti qeyd edib ki, gün ərzində “terrorçu Şlomi kəndi yaxınlığında Livan tərəfdən sərhəd bölgəsinə yaxınlaşıb və İsrail hərbçilərinin hava hücumu nəticəsində məhv edilib”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!