İsrail polisi 350 fələstinlini həbs etdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail polisi 350 fələstinlini həbs etdi

Dünya

05 Aprel 2023 13:50 653


Qüdsdəki Əl-Əqsa məscidində İsrail polisi ilə fələstinlilər arasında toqquşma nəticəsində azı 350 nəfər həbs edilib. 

Yenisabah.az “Jerusalem Post”a istinadla xəbər verir ki, bu barədə İsrail polisinin yaydığı bəyanatda deyilir. 

“İsrail polisi Məbəd dağında barrikada quran 350-dən çox insanı, o cümlədən maskalı şəxslər, daş və fişəng atan insanlar, habelə məscidi təhqir etməkdə şübhəli bilinən şəxsləri həbs edib və oradan uzaqlaşdırıb”. pizza sifarişi

Xatırladaq ki, aprelin 4-də bir qrup fələstinli Əl-Əqsa məscidində barrikada qurmuşdu. Məscidə daxil olan polis, barrikadada olan fələstinliləri səs-küylü qumbaralarla sıxışdırıb çıxarmağa çalışıb. Fələstinlilər İsrail qüvvələrinə daş və fişənglər atıblar. Bu hadisədən sonra İsrail Hərbi Hava Qüvvələri Qəzzadan İsrailə doğru atılan 10 raketə cavab olaraq Qəzza zolağında HƏMAS-ın hədəflərini vurub. Fələstinli Əsirlərin İşləri Komitəsinin nümayəndəsi Riyad əl-Əşkar jurnalistlərə açıqlamasında bildirib ki, İsrail Əl-Əqsada həyata keçirdiyi əməliyyat nəticəsində 200-dən çox fələstinlini həbs edib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!